...

Bakı Telefon Rabitəsinin kabelini oğurlayan idarə işçiləri saxlanılıb (FOTO)

Hadisə Materials 18 May 2018 11:49 (UTC +04:00)

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xəzər rayonu ərazisində rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 10-da Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyəti Cəmiyyəti Xəzər Telefon Qovşağına məxsus 250 metr uzunluğunda kabel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Qeyd edək ki, hadisə nəticəsində MMC-yə ümumilikdə 6931 manat maddi ziyan dəyib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata əlvan metal qəbulu məntəqələrinə satıblar. Qeyd edək ki, A.Rəsuloğlu və İ.Rzayevi rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti