...

Qubada 4 otaqlı evdə yanğın olub

Hadisə Materials 20 May 2018 19:09 (UTC +04:00)
Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.
Qubada 4 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun İqrığ kəndində həyətyanı sahədə 40 m² quru ot, kol-kos, ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə və 2 ədəd pəncərə çərçivəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti