Bakı. Trend:
İndoneziyanın Yava adasında "Merapi" vulkanı püskürüb.
Trend-in məlumatına görə, püskürmə nəticəsində 3,5 kilometr hündürlüyədək kül sovrulub.
Məlumata görə, hadisə ilə əlaqədar ərazidən 600-dən çox adam təxliyə olunub.
Qeyd olunur ki, "Merapi" İndoneziyada ən aktiv vulkanlardan biridir. İri püskürmələr hər yeddi ildən bir, kiçik püskürmələr isə iki ildən bir baş verir.