...

Oğuz sakinlərindən silah-sursat götürülüb

Hadisə Materials 23 May 2018 12:46 (UTC +04:00)

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinə 2 nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, dərhal görülmüş tədbirlərlə həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə “Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.

Oğuz RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti