...

Şəmkirdə maşın ağaca çırpıldı, ölən var

Hadisə Materials 25 May 2018 09:59 (UTC +04:00)
Şəmkir rayonu, Kür qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Şəmkirdə maşın ağaca çırpıldı, ölən var

Bakı. Trend:

Şəmkir rayonu, Kür qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Nəsibov Elmar Çingiz oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti