...

Belçikada TERROR hadisəsi? - Atəş açan naməlum şəxs öldürüldü (YENİLƏNİB)

Hadisə Materials 29 May 2018 13:45 (UTC +04:00)
Belçikanın Lyej şəhərində atışma baş verib
Belçikada TERROR hadisəsi? - Atəş açan naməlum şəxs öldürüldü (YENİLƏNİB)

Bakı. Trend:

Belçikanın Lyej şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki polis əməkdaşı və bir piyada həlak olub.

Qeyd olunur ki, naməlum silahlı şəxs polislərə atəş açıb. Daha iki polis əməkdaşının atışma zamanı yaralandığı bildirlir.

Atəş açan şəxs cavab atəşi ilə məhv edildiyi barədə xəbər verilib.

Hadisənin təfərrüatları ilə bağlı məlumat hələ yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti