Bakı. Trend:
Rusiyanın mərkəzi vilayətlərində tüğyan etmiş qasırğa nəticəsində 60-a yaxın şəxs xəsarət alıb.
Trend-in məlumatına görə, küləyin sürətinin bəzi hallarda saniyədə 25 metrə çatdığı qeyd olunub.
Son məlumata görə, Kazan şəhərində isə 1 nəfər həlak olub.
Bildirilir ki, gecədən gücələnən külək nəticəsində yüzlərlə ağac kökündən qoparılıb. 200-dən çox yaşayış məntəqəsi bir neçə saat işıqsız qalıb.
Qeyd edək ki, ötən gün qasırğa Moskvada da fəsadlar törətmişdi. Paytaxtda 6 nəfər xəsarət almış, təhlükəsizlik məqsədləri ilə əlaqədar zoopark bağlanmışdı.