...

Zooparkdan heyvanlar qaçdı - şir, pələng, ayı...

Hadisə Materials 1 İyun 2018 17:15 (UTC +04:00)
Almaniyanın qərbindəki Lünebax şəhərinin zooparkından bir neçə şir və pələng, yaquar və ayı qaçıb.
Zooparkdan heyvanlar qaçdı - şir, pələng, ayı...

Bakı. Trend:

Almaniyanın qərbindəki Lünebax şəhərinin zooparkından bir neçə şir və pələng, yaquar və ayı qaçıb.

Trend-in məlumatına görə, şəhərdə qeydə alınmış kəskin hava şəraiti ilə əlaqədar zooparkda bəzi qəfəslər və hasarlar dağılıb.

Nəticədə həmin heyvanlar zooparkdan qaça bilib. Son məlumatlara görə, ayı aşkar edilib və zərərsizləşdirilib.

Hazırda digər yırtıcı heyvanların axtarışları davam edir. Sakinlərə küçəyə çıxmamaq və ehtiyatlı olmaq tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti