...

Taksi sürücüsünün 9 manatını alan dəstəyə hökm oxundu

Hadisə Materials 5 İyun 2018 14:35 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Taksi sürücüsünün 9 manatını alan dəstəyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə T. Şahkərimov, E. Babayev və M. Əşrəfovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2018-ci il fevralın 1-də gecə saatlarında Səbail rayonu ərazisində üç nəfər müştəri kimi taksiyə əyləşərək Abşeron rayonu Xırdalan şəhərinə sürdürüblər. T. Şahkərimov, E. Babayev və M. Əşrəfov orada sürücüyə qarşı quldurluq edərək xəsarət yetirərək onun 9 manatını və mobil telefonunu alıblar.

Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti