...

Dübəndidə maşın dirəyə çırpıldı: Ölənlər var

Hadisə Materials 21 İyun 2018 12:13 (UTC +04:00)
Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Dübəndidə maşın dirəyə çırpıldı: Ölənlər var

Bakı. Trend:

Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 9 radələrində qəsəbə ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib, İ.Əliyev orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti