...

Gömrükçülər vizit kartı qabında marixuana aşkarlayıb

Hadisə Materials 27 İyun 2018 13:53 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının çantasına baxış keçirilib.
Gömrükçülər vizit kartı qabında marixuana aşkarlayıb

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının çantasına baxış keçirilib.

DGK-dan Trend-ə verilən məlumata görə, baxış zamanı, çantadakı vizit kartı qabının içində bir ədəd bükümdə, xalis çəkisi 1,257 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zaman, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə bir-birinə sarınmış iki ədəd kiçik ölçülü bükümlərdə birgə xalis çəkisi 49,716 qram olan metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti