...

Almaniyada turist avtobusu zibildaşıyanla toqquşdu - 1 ölü, 30 yaralı

Hadisə Materials 27 İyun 2018 14:35 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Karlsrue şəhərində turist avtobusunun iştirakı ilə qəza baş verib.

Trend-in məlumatına görə, avtobusun zibildaşıyan maşınla toqquşması nəticəsində 1 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Qeyd olunur ki, avtobus bavariyalı pensiyaçıları gəzintiyə aparırmış.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti