Bakı. Trend:
Sumqayıtda yanğın qeydə alınıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan dülgər sexinin ərazisində 3 m³ taxta materialları və 1 ədəd dəzgahın mühərrikinin yanar hissələri yanıb.
Sex yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.