...

DİN Göyçayda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 29 İyun 2018 11:22 (UTC +04:00)
Göyçayda ağır yol qəzası baş verib.
DİN Göyçayda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

DİN Göyçayda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 29-da saat 1 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Ləkçıplaq kənd sakini Sabir Seyidov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə S.Seyidovun sərnişinlərindən Rüstəm Həmidov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti