...

Bakıda 73 yaşlı kişi marşrutda öldü

Hadisə Materials 6 İyul 2018 10:24 (UTC +04:00)
Bakıda marşrut avtobusunda ölüm hadisəsi baş verib.
Bakıda 73 yaşlı kişi marşrutda öldü

Bakı. Samir Əli - Trend:

Bakıda marşrut avtobusunda ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Sabunçu rayonunun Bakıxanov qəsəbə sakini, 1945-ci il təvəllüdlü Babayev İsmayıl Bayram oğlu 183 saylı avtobusda olarkən qəfil halı pisləşib.

Sərnişin hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, İ.Babayev ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti