...

Ölkəyə daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanılıb

Hadisə Materials 9 İyul 2018 11:44 (UTC +04:00)
Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Ölkəyə daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanılıb

Bakı. Trend:

Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə onun düz bağırsağında narkotik vasitələr - 3 bükümdə ümumi xalis çəkisi 102,533 qram olan heroin, 1 bükümdə xalis çəkisi 10,008 qram olan tiryək və 1 bükümdə xalis çəkisi 10,262 qram olan həşiş qətranı aşkar edilib. Daha 1 bükümdə isə 3 ədəd metadon adlı və 7 ədəd klonazepam tərkibli həblər aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Klonazepam isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısı"na daxildir və 7 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti