...

Pakistanda gün ərzində ikinci partlayış

Hadisə Materials 13 İyul 2018 17:22 (UTC +04:00)
Pakistanda seçkiqabağı mitinq zamanı gün ərzində ikinci dəfə partlayış törədilib
Pakistanda gün ərzində ikinci partlayış

Bakı. Trend:

Pakistanda seçkiqabağı mitinq zamanı gün ərzində ikinci dəfə partlayış törədilib.

Trend-in məlumatına görə, bu dəfə Bəlucistan əyalətində yeni yaradılmış “Bəlucistan Avami” partiyasının mitinqində hücum qeydə alınıb.

Partlayış nəticəsində azı 15 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Pakistanın qərbindəki Xayber-Paxtunkva əyalətində mitinq zamanı partlayış törədilib.

Həmin hadisə nəticəsində 4 nəfər həlak olub, 31 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti