...

Xəzər rayonunda dənizdə kişi cəsədi tapılıb, aidiyyəti üzrə təhvil verilib

Hadisə Materials 29 İyul 2018 21:23 (UTC +04:00)
Xəzər dənizinin nəzarətsiz ərazisində kişi cəsədi tapılıb.
Xəzər rayonunda dənizdə kişi cəsədi tapılıb, aidiyyəti üzrə təhvil verilib

Bakı. Trend:

Xəzər dənizinin nəzarətsiz ərazisində kişi cəsədi tapılıb.

Trend-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə əsasən, Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazi) naməlum kişi cəsədi aşkar edilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti