...

Ağdaşda evdən 5 min manat oğurluq edən şəxs tutulub

Hadisə Materials 30 İyul 2018 11:51 (UTC +04:00)
İyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
Ağdaşda evdən 5 min manat oğurluq edən şəxs tutulub

Bakı. Trend:

İyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib.

Ə.Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti