...

Polşada ukraynalıları aparan avtobus aşıb: 3 ölü, xeyli sayda yaralı

Hadisə Materials 18 Avqust 2018 11:41 (UTC +04:00)
Polşada ukraynalıları aparan avtobus qəzaya uğrayıb.
Polşada ukraynalıları aparan avtobus aşıb: 3 ölü, xeyli sayda yaralı

Bakı. Trend:

Polşada ukraynalıları aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, ekskursiya avtobusu ölkənin Karpataltı vilayətində yamaca aşıb. Nəticədə 3 nəfər ölüb, 51 nəfər xəsarət alıb.

Ukrayna qeydiyyatında olan avtobus Lvovdan turistləri Slovakiya sərhədinə aparırmış. Nəqliyyat vasitəsində uşaqlar da olub.

Yaralılardan 9-nun vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti