...

Çində alüminium zavodunda partlayış: ölənlər var

Hadisə Materials 28 Avqust 2018 15:14 (UTC +04:00)
Çində alüminium zavodunda partlayış baş verib.
Çində alüminium zavodunda partlayış: ölənlər var

Bakı. Trend:

Çində alüminium zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə Szyansu vilayətinin Usi şəhərində qeydə alınıb.

Partlayış nəticəsində sexlərdən biri tamamilə dağılıb, 5 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı binaların şüşələri sınıb.

İnsidentin səbəbləri araşdırılır. Ərazidə axtarış-xilasetmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti