...

Quba və Xaçmaz sakinlərindən narkotik götürülüb

Hadisə Materials 28 Avqust 2018 18:35 (UTC +04:00)
Faktlarla bağlı araşdırmalar aparılır.
Quba və Xaçmaz sakinlərindən narkotik götürülüb

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Quba şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Məlikov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə Rauf Məlikovun üzərinə baxış keçirilən zaman onun əlindəki sellofan torbada ümumi çəkisi 200 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Xaçmaz rayon İdrisoba kənd sakini, əvvəllər məhkum olunmuş Elman Çobanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 3,147 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti