...

37 yaşlı Mingəçevir sakini Bakıda bıçaqlandı

Hadisə Materials 30 Avqust 2018 10:39 (UTC +04:00)
Paytaxtda bıçaqlanma hadisəsi baş verib.
37 yaşlı Mingəçevir sakini Bakıda bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Qarayev Aydın Gəray oğlu Xətai rayonu, Sarayevo küçəsi, 13 ünvanınında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

A.Qarayev koma vəziyyətində olduğundan onun kim tərəfindən bıçaqlanmasını müəyyən etmək hələ mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti