...

Nəsimidə bir-birinə bitişik 2 ev yanıb

Hadisə Materials 31 Avqust 2018 18:37 (UTC +04:00)
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Nəsimidə bir-birinə bitişik 2 ev yanıb

Bakı. Trend:

Bakının Nəsimi rayonunda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları və bitişik, birmərtəbəli evin (hazırda yaşayış yoxdur) yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti