...

Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

Hadisə Materials 2 Sentyabr 2018 05:32 (UTC +04:00)
Sumqayıt rayonunda yanğın hadisəsi baş verib.
Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

Bakı. Trend:

Sumqayıt rayonunda yanğın hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərdə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti