...

Bakı sakinini küçədə qarət edən dəstə tutuldu

Hadisə Materials 22 Sentyabr 2018 11:53 (UTC +04:00)
Bakı sakini küçədə qarət edilib
Bakı sakinini küçədə qarət edən dəstə tutuldu

Bakı. Samir Əli - Trend:

Bakı sakini küçədə qarət edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da DİN-in “102-Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.

Məlumatla əlaqədar Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib.

Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti