...

Qanunsuz ovla məşğul olan Cəlilabad sakinləri saxlanılıblar

Hadisə Materials 28 Sentyabr 2018 12:00 (UTC +04:00)
Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir
Qanunsuz ovla məşğul olan Cəlilabad sakinləri saxlanılıblar

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Biləsuvar Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ovla məşğul olan Cəlilabad rayon sakinləri Səfər Əhmədov və Çingiz Əliyev saxlanılıblar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulması) maddəsinə əsasən protokollar tərtib olunub və hər biri 500 manat məbləğində cərimə ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti