...

Sumqayıtda icazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Hadisə Materials 1 Oktyabr 2018 14:40 (UTC +04:00)
Xəzər dənizinin Sumqayıt şəhəri, Bağlar qəsəbəsi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxslər saxlanılıb.
Sumqayıtda icazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri, Bağlar qəsəbəsi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxslər saxlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxslərin Sumqayıt şəhər sakinləri Kamran Xudaverdiyev və İlham İsmayılov olduğu müəyyən edilib, onlardan balıq və ov alətləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti