...

Bakıda klinikada ölüm hadisəsi baş verib

Hadisə Materials 5 Oktyabr 2018 09:04 (UTC +04:00)
Bakıda klinikada ölüm hadisəsi baş verib
Bakıda klinikada ölüm hadisəsi baş verib

Bakı. Samir Əli - Trend:

Bakıda klinikada ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə "Elmed" Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti