...

Xaçmazda qovaq ağacları qanunsuz kəsilib (FOTO)

Hadisə Materials 5 Oktyabr 2018 19:34 (UTC +04:00)
Ağacları kəsən şəxslə bağlı toplanmış materiallar Prokurorluğa göndərilib
Xaçmazda qovaq ağacları qanunsuz kəsilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Qaraçaycek bələdiyyə ərazisində yaş köküstə 28-44 sm diametrində 16 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ağacların Xaçmaz rayon Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı E.Həmzəliyev barəsində akt tərtib edillib və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti