...

Ağcabədidə icazəsiz ova cəhd edən şəxs cərimələnib

Hadisə Materials 10 Oktyabr 2018 14:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.
Ağcabədidə icazəsiz ova cəhd edən şəxs cərimələnib

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti