...

Xaçmazda yolu keçən piyada avtomobillə vurulub

Hadisə Materials 12 Oktyabr 2018 14:22 (UTC +04:00)
Xaçmaz rayonunun Xudat şəhəri ərazisində “KİA” markalı avtomobillə rayon sakini A.Hacıyev vurulub
Xaçmazda yolu keçən piyada avtomobillə vurulub

Bakı. Trend:

Xaçmazda yolu keçən piyada avtomobillə vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 11-də saat 20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Mübariz Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Çinartala kənd sakini Almas Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti