...

Sumqayıtda gül dükanının sahibini öldürən şəxsə 18 il cəza verildi

Hadisə Materials 16 Oktyabr 2018 15:12 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayıtda gül dükanının sahibini öldürən şəxsə 18 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Novruzov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il may ayının 24-də Sumqayıtda, şəhər sakini, 1979-cu il təvəllüdlü Vüqar Ənvər oğlu Quliyev keçmiş işçisi V.Novruzov tərəfindən bıçaqlanıb. V.Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən V.Quliyev Sumqayıtda gül biznesi ilə məşğul olub və onun şəhərin bir neçə yerində gül dükanı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti