Bakı. Samir Əli - Trend:
Bakıda Kürdəmir rayon sakinini qatar vurub öldürüb.
Trend-in məlumatına görə, hadisə Biləcəri-Keşlə mənzilinin 2649-cu kilometrliyində baş verib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 3502 saylı yük qatarının qoşulduğu elektrovoz Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Abdullayev Əlisahib Rafiq oğlunu vurub. Nəticədə Ə.Abdullayevin iki ayağının diz nayihəsi qopub.
Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.