...

Bakıda atasını baltalayan qadının məhkəməsi başladı

Hadisə Materials 18 Oktyabr 2018 15:01 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda atasını baltalayan qadının məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən A.Həbibiova bildirib ki, hadisəni özünümüdafiə məqsədilə edib: "Atam məni boğurdu. Mən də özümü müdafiə etmək istəyirdim. Buna görə də atamı vurdum".

Daha sonra ifadə verən zərərçəkmiş C.Salxakin qızını bağışladığını və ondan şikayətçi olmadığını deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, 2017-ci il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsindəki evlərdən birində yaşayan A.Həbibova ailə münaqişəsi zəminində atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakini baş nayihəsindən balta ilə vurub.

C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb.

A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti