Bakı. Trend:
Balakəndə 2 ton meyvə yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Qullar kəndində ümumi sahəsi 35 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton qurudulmuş meyvə yanıb. Yaxınlıqdakı talvar və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.