...

Buzovnada “Mercedes” piyadanı vurub yük avtomobilinin altına atdı

Hadisə Materials 8 Noyabr 2018 16:00 (UTC +04:00)
Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Buzovnada “Mercedes” piyadanı vurub yük avtomobilinin altına atdı

Bakı. Trend:

Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 7-də saat 18 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atıb. Piyada hadisə yerində ölüb.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Zil” markalı avtomobilin sürücüsü, paytaxt sakini Elçin Ələsgərov avtomobillə birgə saxlanılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti