...

Rusiyada uşaq bağçası yandı - 60 nəfər təxliyə olundu

Hadisə Materials 12 Noyabr 2018 14:11 (UTC +04:00)
Rusiyanın Ufa şəhərində uşaq bağçasında yanğın baş verib
Rusiyada uşaq bağçası yandı - 60 nəfər təxliyə olundu

Bakı. Trend:

Rusiyanın Ufa şəhərində uşaq bağçasında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar 61 nəfər, o cümlədən 48 uşaq binadan təxliyə olunub.

Qeyd olunur ki, yanğın bağçanın zirzəmisində başlayıb. Yanğına paltaryuyan maşın səbəb olub.

Qısa müddət ərzində yanğının qarşısı alınıb. Xəsarət alanların olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti