Bakı. Samir Əli - Trend:
Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.
25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.
Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.