...

Bakının Təbriz küçəsində yanğın olub - SƏBƏB qaz sızması (VİDEO)

Hadisə Materials 14 Noyabr 2018 16:07 (UTC +04:00)
Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.
Bakının Təbriz küçəsində yanğın olub - SƏBƏB qaz sızması (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib. Trend-in məlumatına görə, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, yanğın artıq söndürülüb:

"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti