...

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

Hadisə Materials 17 Noyabr 2018 12:04 (UTC +04:00)
Bakıda restoran yanıb.
Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

Bakı. Trend:

Bakıda restoran yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti