...

Çində kimya zavodu yaxınlığında PARTLAYIŞ: 22 nəfər ölüb

Hadisə Materials 28 Noyabr 2018 08:47 (UTC +04:00)
Çinin Hebey əyalətinin kimyəvi maddələr zavodu yaxınlığında baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb
Çində kimya zavodu yaxınlığında PARTLAYIŞ: 22 nəfər ölüb

Bakı. Tural Turan - Trend:

Çinin Hebey əyalətinin kimyəvi maddələr zavodu yaxınlığında baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb. Trend-in məlumatına görə, 22 nəfər isə yaralanıb.

Hadisə yerli vaxtla saat 00:41-də baş verib.

Partlayış nəticəsində 38 yük maşını və 12 minik maşını yanıb.

Axtarış işləri davam etdirilir, hadisənin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti