Qubada itkin düşən azyaşlı tapıldı (FOTO)

Bakı. Samir Əli - Trend:
Qubada itkin düşən azyaşlı tapılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 28 -də Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayonu Qobuqıraq kənd sakini, 11 yaşlı M.Y. azyaşlı uşağının itməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində 11 yaşlı oğlan uşağı rayonun Zərdabi qəsəbə ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, polis şöbəsinə dəvət olunublar və övladları M.Y. tam sağlam olaraq ailəsinə təhvil verilib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq