Bakı. Trend:
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 1500 m² olan ikimərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) 2-ci mərtəbəsinin bir otağında elektrik kabelləri 5 p.m. yanıb və yüksək temperaturdan lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.
Trend-ə FHN-dən verilən məlumata əsasən, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.