Bakı. Trend:
Gəncədə beşmərtəbəli binada yanğın olub.
FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 56 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.
Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.