...

İsveçrədə yol qəzası nəticəsində 40 nəfərdən artıq yaralı, 1 ölü var

Hadisə Materials 16 Dekabr 2018 12:47 (UTC +04:00)
İsveçrənin Sürix kantonunda baş verən yol qəzası nəticəsində azı 1 nəfər ölüb, 40 nəfərdən çox xəsarət alan var
İsveçrədə yol qəzası nəticəsində 40 nəfərdən artıq yaralı, 1 ölü var

Bakı. Tural Turan - Trend:

İsveçrənin Sürix kantonunda baş verən yol qəzası nəticəsində azı 1 nəfər ölüb, 40 nəfərdən çox xəsarət alan var. Trend-in məlumatına görə, bu barədə yerli polis “Twitter” sosial şəbəkəsində yazıb.

Avtobus İtaliyanın Genuya şəhərindən Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edirmiş. Hadisənin baş vermə səbəbi məlum deyil. Hadisə yerində xilasedicilər iş görür.

Həkimlər xəsarət alan 3 nəfərin vəziyyətini ağır olaraq qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti