Bakı. Trend:
Hindistanın Mumbay şəhərindəki dövlət xəstəxanasında baş verən yanğında 6 nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə zamanı 108 nəfər xəsarət alıb. Xəstələrin hamısını binadan təxliyə etmək mümkün olub. Onlar yaxınlıqdakı tibb müəssisəsinə yerləşdirilib.
Yanğının səbəbləri məlum deyil.