...

“Cümə” məscidinin nəzir qutusundan pul oğurlanıb

Hadisə Materials 19 Dekabr 2018 16:38 (UTC +04:00)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Cümə” məscidinin nəzir qutusundan pul oğurlanıb

Bakı. Samir Əli - Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti