Bakı. Trend:
Quba rayonunun Atuc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 25-də saat 3 radələrində Quba rayonunun Atuc kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub və piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.