...

Universitet tələbələrini aparan avtobus aşıb - 8 ölü, 28 yaralı (YENİLƏNİB-2) (FOTO/VİDEO)

Hadisə Materials 25 Dekabr 2018 14:06 (UTC +04:00)
Bu gün saat 12:00 radələrində Tehranın Elmlər və Araşdırmalar Universitetinin tələbələrini aparan avtobus aşıb.
Universitet tələbələrini aparan avtobus aşıb - 8 ölü, 28 yaralı (YENİLƏNİB-2) (FOTO/VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

Bu gün saat 12:00 radələrində Tehranın Elmlər və Araşdırmalar Universitetinin tələbələrini aparan avtobus aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 8 nəfərin öldüyü, daha 28 nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı İran KİV-ə açıqlama verən Tehran Təcili Yardım Mərkəzinin rəisi Peyman Sabirian bildirib ki, hadisə yerinə 10-a yaxın təcili yardım maşını cəlb olunub.

Onun sözlərinə görə, hadisə Tehranın Simon Bolivar prospektində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti